Çəkməsilən
"Çox gözəl! Sağ ol." "Dəyməz." "Gecikdiniz?" "Necə?!" "Saata baxırsınız!" "Yox. Nədən bu sorğunu soruşdun?!" "Müştərilərimin çoxu işin sonunda saata baxar. Mən də elə bu sualı soruşaram onlardan!" "Maraqlıdır!" "Bəziləri tələsərlər, bəziləri isə siz verən cavabı verərlər!" "Demək çəkməsilənlikdə adam tanıyan da olubsan?!" "Heh, heh, bir az!" "Burda ayaqqabı boyamaqla bir şey qazana bilirsən?!" "Pis deyil. Əlbəttə bura özünə görə özəl bir yerdir." "Necə yani?!" "Bu park var ha, sevgililərin, yoldaşların görüş yeridir. Burda çox oğlan-qız görüşər." "Yaxşı..." "O yarımçıq binanı görürsünüz?" "Görürəm!!" "Oranın qabağı toz-torpaqdır. O taydan parka gələnlərin ayaqqabıları tey toz-torpağa bələnir." "Yaxşı..." "Bir xanımın görüşünə gələn kişinin üst...