Çəkməsilən
"Çox gözəl! Sağ ol."
"Dəyməz."
"Gecikdiniz?"
"Necə?!"
"Saata
baxırsınız!"
"Yox. Nədən
bu sorğunu soruşdun?!"
"Müştərilərimin
çoxu işin sonunda saata baxar. Mən də elə bu sualı soruşaram onlardan!"
"Maraqlıdır!"
"Bəziləri
tələsərlər, bəziləri isə siz verən cavabı verərlər!"
"Demək çəkməsilənlikdə
adam tanıyan da olubsan?!"
"Heh, heh,
bir az!"
"Burda
ayaqqabı boyamaqla bir şey qazana bilirsən?!"
"Pis
deyil. Əlbəttə bura özünə görə özəl bir yerdir."
"Necə
yani?!"
"Bu park
var ha, sevgililərin, yoldaşların görüş yeridir. Burda çox oğlan-qız görüşər."
"Yaxşı..."
"O
yarımçıq binanı görürsünüz?"
"Görürəm!!"
"Oranın
qabağı toz-torpaqdır. O taydan parka gələnlərin ayaqqabıları tey toz-torpağa
bələnir."
"Yaxşı..."
"Bir
xanımın görüşünə gələn kişinin üstü-başı təmiz olsa, bəyənilmə şansı da
çoxalır. Elə bu ehtimal yolundan biz də burda çörək qazanırıq..."
"Hah, hah,
hah! Parlaq bir fikir!"
"Hə,
yoldaş."
"Yaxşı. Umaram
sənin bu işin mənim payıma düşən ehtimalı da çoxaldar! Hələlik, çəkməsilən
yoldaş!"
"Gülə-gülə!
Bol şanslar!"
Comments
Post a Comment