Körpünün İki Yaxası (iki dəqiqəlik oyunluq/pyes)
Döşəmə: Şəhərdən qıraqda, xəzəl bürümüş bir körpü, bir güz günü. Səssizlik var, ancaq hərdən sazaq əsib xəzəlləri xışıldadır. Personajlar: Ayaz : 20 yaşında, üzgün və umudsuz Aydın : 40 yaşında, səssiz və bir az umudlu (Ayaz körpünün şəhərdən uzaq yaxasında dayanıb aşağıya baxır, diksinir. Aydın yavaş-yavaş ona yaxınlaşır.) Aydın (alçaq səslə) Bura gözəldir, elə deyil mi? Xəzəllərin boyası, sazağın səsi... Sanki həyat ayrı bir dillə danışır! Ayaz (titrək səslə) Həyat danışmır, susub, mənə heç nə demir! Aydın Mən də bir vaxtlar bu körpüdə dayanmışdım, eyni yerdə, eyni səssizlikdə. Ayaz (təəccüblə Aydına baxır) Sən?! Aydın Hə, on il öncə. Hər şey bitmişdi mənim üçün, özümü öldürmək istəyirdim, amma xəzəllərin arasında, ondayacan görmədiyim bir boya gördüm, yepyeniydi. Ovsunlandım! Ayaz Burada məni maraqlandıran nəsə yoxdur. Aydın Mən varam, buradan sovuşurdum, uzaqdan səni gördüm, o günüm yadıma düşdü! Ayaz Nədən özünü öldürmədin?! Aydın O yeni boya qoym...