Yağışdakı Pişik
✍ Ernest Hemiqvey (Ernest Hemingway) Türkcəsi: Küyülü Nəccari Səid Hoteldə yalnız iki Amerikalı qalırdı. Otaqlarına gedib-gələrkən pillələrdə qarşılaşdıqları insanların heç birini tanımırdılar. Otaqları ikinci mərtəbədə, dənizə baxan tərəfdəydi. Otaq el bağına və savaş abidəsinə də baxırdı. Bağda iri xurma ağacları və yaşıl enli oturacaqlar var idi. Hava yaxşı olanda həmişə orada qıçlı tablo ilə bir rəssam olurdu. Rəssamlar xurmaların necə böyüdüyünü və bağlara, dənizə baxan hotellərin parlaq boyalarını xoşlayırdılar. İtalyalılar savaş abidəsinə baxmaq üçün uzaqdan gəlirdilər. Abidə bürüncdən idi və yağışda parıldayırdı. Yağış yağırdı. Xurma ağaclarından yağış damcılayırdı. Çınqıllı cığırlarda su gölməçələr oluşdurmuşdu. Dəniz yağışda uzun bir xətlə sahilə çırpılıb dağılırdı, sonra yenidən eyni uzun xətlə qabarıb çırpılmaq üçün sahilə yağışda doğru sürüşürdü. Maşınlar savaş abidəsinin yanındakı meydandan çıxıb getmişdi. Meydanın o biri tərəfində, kafenin qapısında bir qarson...