Körpünün İki Yaxası (iki dəqiqəlik oyunluq/pyes)

Döşəmə: Şəhərdən qıraqda, xəzəl bürümüş bir körpü, bir güz günü. Səssizlik var, ancaq hərdən sazaq əsib xəzəlləri xışıldadır.


Personajlar:
Ayaz: 20 yaşında, üzgün və umudsuz
Aydın: 40 yaşında, səssiz və bir az umudlu


(Ayaz körpünün şəhərdən uzaq yaxasında dayanıb aşağıya baxır, diksinir. Aydın yavaş-yavaş ona yaxınlaşır.)

Aydın (alçaq səslə)
Bura gözəldir, elə deyil mi? Xəzəllərin boyası, sazağın səsi... Sanki həyat ayrı bir dillə danışır!

Ayaz (titrək səslə)
Həyat danışmır, susub, mənə heç nə demir!

Aydın
Mən də bir vaxtlar bu körpüdə dayanmışdım, eyni yerdə, eyni səssizlikdə.

Ayaz (təəccüblə Aydına baxır)
Sən?!

Aydın
Hə, on il öncə. Hər şey bitmişdi mənim üçün, özümü öldürmək istəyirdim, amma xəzəllərin arasında, ondayacan görmədiyim bir boya gördüm, yepyeniydi. Ovsunlandım!

Ayaz
Burada məni maraqlandıran nəsə yoxdur.

Aydın
Mən varam, buradan sovuşurdum, uzaqdan səni gördüm, o günüm yadıma düşdü!

Ayaz
Nədən özünü öldürmədin?!

Aydın
O yeni boya qoymadı!

Ayaz
Necə?!

Aydın
Düşündüm həyatda hələ görmədiyim çox şeylər və insanlar var.

(Ayaz gözlərini yumur, dərin nəfəs alır. Aydın onun yanında dayanır, səssizcə gözləyir.)

Ayaz
Mən... qorxuram.

Aydın
Qorxmaq yaşamaqdır. Gəl körpüdən birgə geçək, bu geçiş son olmayacaq, yeni bir başlanğıc olacaq.

(Ayaz Aydına baxır, yavaş-yavaş körpünün o biri yaxasından gəlib şəhərə sarı yaxasına çatırlar, sonra səhnədən çıxırlar.)

 


Comments

Popular posts from this blog

لاتاری

کؤرپونون ایکی یاخاسی (ایکی دقیقه‌لیک اوْیونلوق/پیئس)

آییق‌لیق قوْرخوسو