Yaşar, "Güc-bəlayla bu gecə üçün biz ə vaxt verib. Heç gör telefonunu açırdı! Qapısına getdim, onunla yaxından danışdım," dedi. Əhməd, "Hə, eşitmişəm bu günlərdə bazarı yaman qızışıb, əmoğlum deyirdi şənliyimizə çağırdıq, dedi gərək iki ay qabaqdan çağıraydınız, vaxtım doludur!" dedi. Qasım, ''Geçən həftə kiçik qaynımın toyuydu, elə bu Mırtağa'nı də'vət eləmişdilər, iki saatlıq gəldi, yeriniz boş, yaman güldük, ürəyi geçənlər də oldu," dedi. Mən, "Adı Mırtağa'dır?!" deyə soruşudum. Yaşar, "Yox, adı Xanoğlan'dır, amma el şənliklərində camaatı güldürdüyünə görə xalq ona Mırtağa deyir," dedi. Qasım, "Hə, sən axı Tehran'da yaşayırsan , ona görə burada olub-geçənlərdən elə xəbərin olmur. Burada toyda həm musiqi var həm də arada Mırtağa camaatı güldürür, bir neçə il olar toylar belə gedir," dedi. Əhməd, "Hə də, Tehran'da Mırtağa'nı haradan tapacaqsan?!" dedi. "Tehran...