Güzgüyə baxdı. "Qaş-qabağa bax e!" deyə qoruldadı. "Səhər tezdən yuxudan dur, ac-susuz, qəhvəaltı yeməmiş evdən çıx, tıxacda qal, işdə də rəisin başıva qışqırsın." Bir daha güzgüyə baxdı. "Çox yorulmuşam," dedi. Yel pəncərəni çırpdı. Diksindi, güzgü əlindən yerə düşdü. Tez əyilib götürdü. Bir neçə çatlaq, güzgünün üzünü cızmışdı. Bir daha güzgüdə özünə baxdı. Üzünün sağ-solu birbirinə uymurdu, ağzı-gözü əyilmişdi. Böyük nənəsinin sözü yadına düşdü: "Çox elçim var idi. Birinci elçimin bir gözü alça dərirdi, bir gözü çuvala salırdı." Elə özünə baxa-baxa qaqqıltısının səsi bürüdü otağı.