ÇATLAQ
Güzgüyə
baxdı.
"Qaş-qabağa
bax e!" deyə qoruldadı. "Səhər tezdən yuxudan dur, ac-susuz, qəhvəaltı
yeməmiş evdən çıx, tıxacda qal, işdə də rəisin başıva qışqırsın."
Bir
daha güzgüyə baxdı.
"Çox
yorulmuşam," dedi.
Yel
pəncərəni çırpdı. Diksindi, güzgü əlindən yerə düşdü. Tez əyilib götürdü. Bir
neçə çatlaq, güzgünün üzünü cızmışdı. Bir daha güzgüdə özünə baxdı. Üzünün
sağ-solu birbirinə uymurdu, ağzı-gözü əyilmişdi. Böyük nənəsinin sözü yadına düşdü:
"Çox
elçim var idi. Birinci elçimin bir gözü alça dərirdi, bir gözü çuvala salırdı."
Elə
özünə baxa-baxa qaqqıltısının səsi bürüdü otağı.
Comments
Post a Comment