Posts

Showing posts from August, 2021

گلدي-گئدر

  گونش باتماقدايدي. آرتيق، بوُگون کيمسه‌نين اوْنو قوُرتارماغا گله‌جه‌ييني گؤزله‌ميردي. زلزله‌دن هاراداسا اوچ ساعات گئچميشدي، اوُزاقدان هاي-کوي، قيشقيرتي، آغلاشما سسي گليردي. هردن ده چؤله داغيليشيب يييه‌سيني آختاران مال-داوارين ملَشمه‌سي ائشيديليردي. بير آندا دونيا قاريشميش، هر نه اوُچوب باشينا تؤکولموشدو. يئرين بئله تيتره‌مه‌سيني هئچ بوُ ياشيناجان گؤرمه‌ميشدي. ائوين ديرَکلري يئريندن اوْيناميش، تاوانداکي پرديلر سيلکه‌له‌نيب ائوين ايچينه چؤکموشدو. قاتي توْز قوْپوب، گؤزونون قاباغيندا هر يئر توْز-توْرپاق ايچينده ايتميشدي. اوْغلان دؤرد-بئش ساعات بوُندان قاباق کنده يئتيشميشدي، تک آناسي ائوده‌يدي، مطبخده‌کي تنديرده چؤرک ياپيردي. آتاسي قوْنشو کنده، بيبي‌سينه دَيمه‌يه گئتميشدي. ائله آيدا بير يوْل باجي‌سي‌نين گؤروشونه گئدردي. اوْغلان، باجيلاريني دا گؤرمه‌ميشدي، هره‌سي اؤز ائوينده‌يدي، گئديب گؤره‌جکدي هله. زلزله هئچ گؤزونو آچيب، کندده‌کيلري گؤرمه‌يه فورصت وئرمه‌دي. بير آز دينجه‌ليب چؤله چيخاجاقدي، آما بئله گئتسه‌يدي، چؤله چيخماسي دا ال‌چاتماز بير آرزي اوْلاجاقدي. آناسيندان دا هئچ بير خبر ...

Gəldi-Gedər

  Günəş batmaqdaydı. Artıq, bugün kimsənin onu qurtarmağa gələcəyini gözləmirdi. Zəlzələdən haradasa üç saat geçmişdi, uzaqdan hay-küy, qışqırtı, ağlaşma səsi gəlirdi. Hərdən də çölə dağılışıb yiyəsini axtaran mal-davarın mələşməsi eşidilirdi. Bir anda dünya qarışmış, hər nə uçub başına tökülmüşdü. Yerin belə titrəməsini heç bu yaşınacan görməmişdi. Evin dirəkləri yerindən oynamış, tavandakı pərdilər silkələnib evin içinə çökmüşdü. Qatı toz qopub, gözünün qabağında hər yer toz-torpaq içində itmişdi. Oğlan dörd-beş saat bundan qabaq kəndə yetişmişdi, tək anası evdəydi, mətbəxdəki təndirdə çörək yapırdı. Atası qonşu kəndə, bibisinə dəyməyə getmişdi. Elə ayda bir yol bacısının görüşünə gedərdi. Oğlan, bacılarını da görməmişdi, hərəsi öz evindəydi, gedib görəcəkdi hələ. Zəlzələ heç gözünü açıb, kənddəkiləri görməyə fürsət vermədi. Bir az dincəlib çölə çıxacaqdı, amma belə getsəydi, çölə çıxması da əlçatmaz bir arzı olacaqdı. Anasından da heç bir xəbər yox idi, neçə yol, "Ana, ana,...