Posts

Showing posts from December, 2023

اوْلوم‌لا اؤلوم آراسی

اوْغلان آیاغا قالخدی، گؤزونه گؤرونن قارالتی‌نین قارشی‌سیندا دایاندی . «نئجه اوْلور اوْلسون، من بوُ ایشی بیتیره‌جه‌یم، سندن آیریلاجاغام!» بیر آز گؤزله‌دی، قارشی‌سینداکی قارالتی هئچ نه دئمه‌دی . «هه، دئیه‌سن، دئمه‌یه سؤزون یوْخ! اؤزون ده سۇچلو اوْلدوغونو مندن داها یاخشی بیلیرسن.» پنجره‌نین آرخاسینا گئچدی، ائشییه باخدی، قارانلیق ایدی، کۆچه‌ده یالنیز پاخلا-چۇغوندور ساتان کیشی وار ایدی، هامی ائوینه چکیلمیشدی. بیر سیقارئت آلیشدیردی، دریندن سوْموروب تۆستوسونو هیرس‌له پنجره‌نین شۆشه‌سینه پیله‌دی، تۆستو شۆشه‌یه دییب اوْنون اۆزونه ساری قاییتدی، پنجره اوْغلانین بوُ ایشینی جاوابسیز قوْیماق ایسته‌مه‌دی . کۆچه‌ده‌کی پاخلا-چۇغوندور ساتان یاشلی کیشی‌نین یانیندا چۇغوندور یئمه‌یی چوْخ ایسته‌ییردی، آنجاق ایندی‌یه‌جن گئدیب یئمه‌میشدی، کئفی‌نین کؤک اوْلدوغو گۆنو گؤزله‌ییردی. بوُ سوْن آیلاردا داریخماسی لاپ چوْخالمیشدی، بۆتون ایشلرینی یاریم‌چیق گؤروردو، حتا نئچه دؤنه درسی ده یاریم قوْیوب بیلیم‌یوردونو بۇراخماغی دۆشونموشدو، آنجاق آتا-آناسیندان چکیندی‌یینه گؤره بوُ ایشدن هله‌لیک واز گئچمیشدی. یاخ...

Olumla Ölüm Arası

Oğlan ayağa qalxdı, gözünə görünən qaraltının qarşısında dayandı. "Necə olur olsun, mən bu işi bitirəcəyəm, səndən ayrılacağam!" Bir az gözlədi, qarşısındakı qaraltı heç nə demədi. "Hə, deyəsən, deməyə sözün yox! Özün də suçlu olduğunu məndən daha yaxşı bilirsən." Pəncərənin arxasına geçdi, eşiyə baxdı, qaranlıq idi, küçədə yalnız paxla-çuğundur satan kişi var idi, hamı evinə çəkilmişdi. Bir siqaret alışdırdı, dərindən somurub tüstüsünü hirslə pəncərənin şüşəsinə pilədi, tüstü şüşəyə dəyib onun üzünə sarı qayıtdı, pəncərə o ğlanın bu işini cavabsız qoymaq istəmədi. Küçədəki paxla-çuğundur satan yaşlı kişinin yanında çuğundur yeməyi çox istəyirdi, ancaq indiyəcən gedib yeməmişdi, kefinin kök olduğu günü gözləyirdi. Bu son aylarda darıxması lap çoxalmışdı, bütün işlərini yarımçıq görürdü, hətta neçə dönə dərsi də yarım qoyub bilimyurdunu buraxmağı düşünmüşdü, ancaq ata-anasından çəkindiyinə görə bu işdən hələlik vaz geçmişdi. Yaxın yoldaşlarından biri b...