Posts

Showing posts from January, 2025

تانیش یاد

کافه تۆنلوک‌دور، بوْش ماسا آختاریرام، بۆتون ماسالار دوْلودور. گؤز گزدیریرم، کافه‌نین بۇجاغیندا ، یاری سی شۆشه‌دن اوْلان دوُوارین یانیندا ایکی آداملیق ماسادا بیر قؽز تک اوْتوروب. ماسالارین آراسیندان سوْووُشوب اوْنا ساری گئتمه‌یه باشلاییرام. ماسالاردان دئییب گۆلمک سسی، قهوه-چای و سیقارئت اییی گلیر، کافه‌نین آتموسفئرینی غریبه بیر ترکیب بۆرویوب، قوْخولو سسلر یا دا سسلی قوْخولار!  «بۇرا بوْش مۇ، یوْخسا گؤزله‌دی‌یینیز بیرینین یئری‌دیر؟» دئیه قؽزدان سوْروشورام . قؽز ائشیتمیر. دایانیب اوْنا باخیرام، دالغین گؤرونور، ال تئلئفونونا دالمیش، دئیه‌سن. باشیندا قیرمیزی شال وار، قارا ساچلاری شالین آلتیندان چیخیب اۆزونه و چیینینه تؤکولوب . قیزدان جاواب گلمه‌دی‌یینه گؤره قاییدیب کافه‌دن چؽخیب گئتمک ایسته‌ییرم، دالدان بیر سس ائشیدیرم . «ایسته‌سه‌نیز، اوْتورا بیلرسینیز.» قاییدیرام، قیز منه باخیر، دوْداغیندا سوْلغون بیر گۆلومسه‌مه وار . «اوْتورون، من تکَم.» قیزین قاباغیندا بیر فینجان قهوه وار، بیر آز اوْ یانلیقدا بوْش بیر کۆل‌قابی وار . «سیز ده تک‌سینیز؟!» دئیه سوْروشور مندن . «هه، بۇ...

TANIŞ YAD

Kafə t ünlükdür, boş masa axtarıram, bütün masalar doludur. Göz gəzdirirəm, kafənin bucağında, yarısı şüşədən olan duvarın yanında iki adamlıq masada bir qız tək oturub. Masaların arasından sovuşub ona sarı getməyə başlayıram. Masalardan deyib gülmək səsi, qəhvə-çay və siqaret qoxusu gəlir, kafənin atmosferini qəribə bir tərkib bürüyüb, qoxulu səslər ya da səsli qoxular!  "Bura boş mu, yoxsa gözlədiyiniz birinin yeridir?" deyə qızdan soruşuram. Qız eşitmir. Dayanıb ona baxıram, dalğın görünür, əl telefonuna dalmış, deyəsən. Başında qırmızı şal var, qara saçları şalın altından çıxıb üzünə və çiyninə tökülüb. Qızdan cavab gəlmədiyinə görə qayıdıb kafədən çıxıb getmək istəyirəm, arxadan bir səs eşidirəm. "İstəsəniz, otura bilərsiniz." Qayıdıram, qız mənə baxır, dodağında solğun bir gülümsəmə var. "Oturun, mən təkəm." Qızın qabağında bir fincan qəhvə var, bir az o yanlıqda boş bir külqabı var. "Siz də təksiniz?!" deyə soruşur məndən. ...