Posts

Showing posts from June, 2025

بیر تئلفئون کارتی

  خییاباندایام، سکی‌یله گئدیرم، هاوا سوْیوق‌دور، اۆره‌ییم ایستی بیر ایچه‌جک ایسته‌ییر. جیبیمی آختاریرام، بیر آز قارا پۇل، بیر آز کاغیذ پۇل، بیر ده بیر تئلئفون کارتی وار جیبیمده. اوْ کارتا باخیرام، یوْلدان گئچن بیری، «باغیشلایین! کارتینیزلا بیر بالاجا زنگ ائله‌یه بیله‌رم می؟» دئیه سوْروشور. بیردن ایچیمده نه‌سه دَییشمه‌یه باشلاییر، باشیم دؤنور، گؤزلریم قارالیر، اؤنومده قارماقاریشیق گؤرونتولر یئری‌ییر ... خییاباندا گئدیرم، آراز دا منیم‌له‌دیر، هاوا سوْیوق‌دور، ایستی بیر ایچه‌جک دۆشور گؤیلوموزه. جیبلریمیزی آختاریریق، اوْنون جیبینده بیر آز قارا پۇل وار، منیم جیبیمده ایسه بیر آز قارا، بیر آز دا کاغیذ پۇل وار، بیر ده بیر تئلئفون کارتی. آخشام اۆستودور . «چوْخدان‌دیر ائودن خبریم یوْخ، تئلئفون آچا بیلمه‌میشم،» دئییر آراز . «بیر گئت دَی.» بیر چای ایچیریک. آرامیزدا سس‌سیزلیک وار. واخت تاپاندا آراز'لا دردله‌شیریک . «تبریز'ه گئتمه‌یه‌لی آلتی آی اوْلدو. اوْلمور، اؤزون بیلیرسن کی؟» دئییر . «هه، بیلیرم، ایشدن قوْووُلماق، ایش‌سیز قالماق چوْخ چتین‌دیر.» «ائوه بیر تئلئفون آچمالی‌ی...

Bir Telefon Kartı

  Xiyabandayam, səkiylə gedirəm, hava soyuqdur, ürəyim isti bir içəcək istəyir. Cibimi axtarıram, bir az qara pul, bir az kağız pul, bir də bir telefon kartı var cibimdə. O karta baxıram, yoldan geçən biri, “Bağışlayın! Kartınızla bir balaca zəng eləyə bilərəm mi?” deyə soruşur. Birdən içimdə nəsə dəyişməyə başlayır, başım dönür, gözlərim qaralır, önümdə qarmaqarışıq görüntülər yeriyir... Xiyabanda gedirəm, Araz da mənimlədir, hava soyuqdur, isti bir içəcək düşür göylümüzə. Ciblərimizi axtarırıq, onun cibində bir az qara pul var, mənim cibimdə isə bir az qara, bir az da kağız pul var, bir də bir telefon kartı. Axşam üstüdür. “Çoxdandır evdən xəbərim yox, telefon aça bilməmişəm,” deyir Araz. “Bir get dəy.” Bir çay içirik. Aramızda səssizlik var. Vaxt tapanda Araz'la dərdləşirik. “Təbriz'ə getməyəli altı ay oldu. Olmur, özün bilirsən ki?” deyir. “Hə, bilirəm, işdən qovulmaq, işsiz qalmaq çox çətindir.” “Evə bir telefon açmalıyam,” deyib mənə baxır. Mən heç nə ba...