AH, PİKASSO!
Oğlan, əlindəki
tablonu qoca kişiyə verdi.
"Yəni
bu tablonu özün çəkibsən?!" deyib, qaşlarını çataraq oğlana baxdı qoca
kişi.
Oğlan,
"bəli, ustad. Necədir?!" deyib qocanın üzünə gülümsədi.
"Gözəl
bir əsərdir. Ancaq bir şey var!"
"Nədir,
ustad?!"
"Necə
deyim...bu...bu mənim əsərlərimə bənzəyir!"
"Necə
yəni?!"
"Bax,
bu yamaq-yamaq çəkdiyin qızı mən öz rəsimlərimdə yaratmışam."
"Axı,
mən heç sizin əsərlərinizi indiyəcən görməmişdim ki! Elə bu gün işliyinizdə
gördüm."
"Bəyəm
olar ki, görməyəsən?!"
"Mən
heç rəssamlıq kursuna getməmişəm ki. Rəsim çəkməyi elə o yan bu yandan öyrənmişəm."
"Yalan
deyirsən!"
"Yox,
inanın, yalanım yox. Bu bənzəmə təsadüf üzündəndir."
"Nə təsadüfü?!
Bu qədər də təsadüf ola bilər?!"
"Öz
canım üçün! Düz deyirəm."
"Boş
yerə and içmə!"
"Boş
yerə deyil, ürəkdən and içirəm."
"İnanmıram.
Hələ bunu de görək, mənim işliyimdə sənin nə işin var?!"
"Bilirsiniz,
bu tablo mənim ilk ciddi işimdir."
"Yaxşı..."
"Yoldaşlarımdan
biri bunu gördü, bəyəndi. Sonra məni tablo satan qardaşı ilə tanışdırdı."
"Uhum..."
"Qardaşı
mənə dedi ki, tablonu bir ustad rəssama göstər. Sizin ünvanınızı verdi mənə."
"Onda
allah vurub başından, öz ayağınla gəlib tora düşübsən!"
"N...nə
toru?!"
"Oğru
qayıdıb oğurluq yerinə! Hah...hah...hah!"
"Nə
oğrusu?!"
"Tablo
oğrusu! Düşüncə oğrusu! Sənət oğrusu!"
"Böhtan
atmayın mənə, günahımı yumayın, Ustad Pikasso!"
"Nə
böhtanı, nə günahı?!"
"M...mən..."
"Ömür
boyu zəhmət çəkmişəm, özümə bir tərz çıxartmışam, sonra sənin kimi oğrular gəlib
mənim fikrimi çalırlar!"
"Yox,
heç də elə deyil! Bu mənim öz əməyimin nəticəsidir."
"Hələ,
o çəkdiyin qız mənim sevgililərimdən birinə bənzəyir. Hətta sevgilimi də oğurlamaq
istəyibsən!"
"Nə
qara günə qaldıq e...! Nə sevgilisi?! Bu rəsimdəki qızı öz sevgilimə bənzətmək
istəmişəm."
"Onda
mənim sevgilimdə də gözün varmış!"
"Bu nə
sözdür, ustad?! O qızı mən sevirdim, ancaq ona çata bilmədim, neçə il bundan
qabaq ayrı bir oğlanla evləndi. Öz şəhərimizdən idi."
"Yalan
danışma! Mən səndən şikayət edəcəyəm, səni məhkəməyə çəkəcəyəm!”
"Əcəb
işə qaldıq a! Bilirsiniz nədir?! Mən kökündən rəssamlıqdan, bu tablodan vaz geçirəm!
Qoyun çıxım gedim!"
"Hara
gedirsən, zəng vuracağam polisə, gəlib hər nəyi qeydə alsın, sonra gedə bilərsən."
"Yox,
qoyun gedim..."
Oğlan birdən
yerindən atıldı. Gözlərini bir az ovuşdurdu. O yan bu yana baxdı. Ustad Pikasso'dan
xəbər yox idi.
"Yaxşı
ki, yuxuydu!” deyib, dərindən nəfəs aldı.
Duvardakı
tabloya baxdı, yuxuda gördüyü tabloydu. Yataqdan qalxıb tabloya yaxınlaşdı. Rəsimdəki
qız gülümsəyirdi. O da gülümsədi.
Çox gözəl
ReplyDelete