QONŞUMUZ

 

Bizimlə eyni qatda olan qarşı apartmandakı qonşu ər-arvadı çoxdan görmək istirdim. Gecə yarısı söyüş-savaşa başlayırdılar, saat üçdə-dörddə şappıltı, təpik-döyüş, sonra da qadının ağlaması ilə verilişləri sona çatırdı. Hər gecə biz, bilitsiz radyo verilişinə qonaqdıq! Doqquz ay idi yaxşı yata bilməmişdik. Yay düşəli də, səhər saat beş həndəvərində eyvana asdıqları qəfəsdəki bir cüt bülbül ötüşməyə başlayırdı. Elə oxuşurdular ki, deyirdim elə indi boğazları cırılacaq.

Dünən onları eşikdə gördüm: alçaq boylu, qaşqabaqlı bir kişi, orta boylu, bir az gözəl bir qadın.

Gülümsünə-gülümsünə, "ay qonşu, gecə dava-dalaşızın səsi qoymur yataq, bəlkə bir az alçaq savaşasız, ya pəncərəni örtüb savaşasız. Ya da, heç olmasa, söyüş-savaşızı ilk axşamdan başlayıb, gecə yarısına qurtarasız," dedim.

"Sənə nə?! Öz evimdi, özüm billəm!" deyib yumruğunu mənə sarı çəkdi. Arvadı onun qolundan tutdu.

Sözümdən vaz geçib, sovuşub evə gəldim.

Heç olmasa, qəfəsdəki bülbülləri yaxından görə bilsəydim, deyərdim:

"Axı, səhər-səhər, özü də qəfəsdə, belə adamlar üçün necə oxumağız gəlir?!"

Comments

Popular posts from this blog

تانیش یاد

اوْلوم‌لا اؤلوم آراسی