Posts

Showing posts from October, 2021

آتام

  یوُخودان اوْیاندیم. پرده‌نین آراسیندان ایشیق زوْلاغی گؤزومه د ۆ شموشدو. ائله بیل چوْخ یاتمیشدیم. باشیمدا بیر آز آغیرلیق وار ایدی. د ۆ نن گ ئ جه یاتاندا آتامین اوْخودوغو ماهنینی آچیب یاتاغا گیردیم. ماهنینی دینله‌یه-دینله‌یه یاتدیم . *** «بوُ داغی باغ ائیله‌رم، آی بولبوللر، یانینی چارداق ائیله‌رم، آی بولبوللر، دئسه‌لر یاریم گلیر، آی بولبوللر، یوْلونو چیراق ائیله‌رم، آی بولبوللر...» *** چوْخدان ایدی آتامین سسینه قوُلاق آسمامیشدیم. آتام «آی بولبوللر» ماهنی‌سینی چوْخ سئویردی، سازلی-سؤزلو قوْهوملارآراسی ییغینجاقلاریمیزدا ائله اوْنو اوْخویاردی. من ده اوْنو ا ۇ شاقلیق ایللریندن اؤیرَنمه‌یه، اوْخوماغا باشلادیم . جیب‌تئلئفونومو آتاما زنگ ائتمک اوچون گؤتوردوم. اوْ تئزدن اوْیانیردی. هله سسیم یوُخولویدو. سسیمی ائشیتجَک دئیه‌جکدی : «یوُخودان تزه دوُروبسان؟!» من ده، «یوْووخ، بیر آز اوْلار!» دئیه جاواب وئره‌جکدیم . سوْنرا آتام، «هه، دوز دئییرسن! اینانمایان داشا دؤنسون!» دئییب، قاققیلتی‌یلا گوله‌جکدی . جیب‌تئلئفونومدا آتامین شکلینه توْخوندوم، سیقنال سسی گلدی، گؤزل...

ATAM

Yuxudan oyandım. Pərdənin arasından ışıq zolağı gözümə düşmüşdü. Elə bil çox yatmışdım. Başımda bir az ağırlıq var idi. Dünən gecə yatanda atamın oxuduğu mahnını açıb yatağa girdim. Mahnını dinləyə-dinləyə yatdım. *** "Bu dağı bağ eylərəm, Ay bülbüllər, Yanını çardaq eylərəm, Ay bülbüllər, Desələr yarım gəlir, Ay bülbüllər, Yolunu çıraq eylərəm, Ay bülbüllər..." *** Çoxdan idi atamın səsinə qulaq asmamışdım. Atam "Ay Bülbüllər" mahnısını çox sevirdi, sazlı-sözlü qohumlararası yığıncaqlarımızda elə onu oxuyardı. Mən də onu uşaqlıq illərindən öyrənməyə, oxumağa başladım. Cibtelefonumu atama zəng etmək üçün götürdüm. O tezdən oyanırdı. Hələ səsim yuxuluydu. Səsimi eşitcək deyəcəkdi: "Yuxudan təzə durubsan?!" Mən də, "yooox, bir az olar!" deyə cavab verəcəkdim. Sonra atam, "hə, düz deyirsən! İnanmayan daşa dönsün!" deyib, qaqqıltıyla güləcəkdi. Cibtelefonumda atamın şəklinə toxundum, siqnal səsi gəldi, gözlədim, açan olmadı. Bəlkə telefonu ...

تره‌زیچی

  قیز، پارکداکی کیچیک اوْغلانا پوُل وئریب، تره‌زینین اوستونه چیخدی. تره‌زینین سایی‌لیغی یئتمیشی گؤستَردی. قیزین قاشلاری چاتیلدی، اوْغلانا باخدی. اوْغلان، «گئچَن دؤنه‌یه گؤره، ماشاللاه، بیر کیلو کؤکه‌لیبسیز،» دئدی. قیز، «یاخشی، یادیندا قالیب!» دئییب، اوْغلانا اَیری-اَیری باخدی. «من اؤزونو تئز-تئز چکدیرَن موشتریلریمین  چکی‌سینی  ا ۇ نوتمارام.» قیز، «برَکاللاه، برَکاللاه»، دئییب گئتدی.  

TƏRƏZİÇİ

Qız, parkdakı kiçik oğlana pul verib, tərəzinin üstünə çıxdı. Tərəzinin sayılığı yetmişi göstərdi. Qızın qaşları çatıldı, oğlana baxdı. Oğlan, "Geçən dönəyə görə, maşallah, bir kilo kökəlibsiz," dedi. Qız, "Yaxşı, yadında qalıb!" deyib, oğlana əyri-əyri baxdı. "Mən özünü tez-tez çəkdirən müştərilərimin çəkisini unutmaram." Qız, "bərəkallah, bərəkallah!" deyib getdi. 

بیتدی

ا وْغلان ائیوانا باخان پنجره‌نین آرخاسیندا اسکی بیر ییرغالانان اوْتوراجاقدا اوْتورموشدو، ائشیکده‌کی قارانلیقدا شهَرین یانان ایشیقلارینا باخیردی. اؤنونده‌کی ماسانین اوستونده کیچیک بارداقدا یاری‌یاجان ایچکی، اوْنون یانینداکی کول‌قابیدا ایسه یاری یانمیش سیقارئت وار ایدی. آرخاداکی تئلئویزیوندان رشید بئهبودوو'ون سسی گلیردی: «آخار سوُلار دایاندی، قلبیم حسرتله یاندی، رأیین نه‌دن دوْلاندی؟! ایلک گؤروشه گلمه‌دین! گلمه‌دین، گلمه‌دین، ایلک گؤروشه گلمه‌دین!» اوْغلان جیب‌تئلئفونونو گؤتوروب، کیمه‌سه زنگ ائتدی. تتلئفونو قوُلاغیندا ساخلادی. سیقارئتی گؤتوروب بیر قوُللاب ووُردو، توستونو تاوانا ساری پیله‌دی. بیر آز دؤزدو، آچان اوْلمادی، تئلئفونو کسدی. کیچیک بارداغی گؤتوروب ایچکینی قوُرتوملاماغا باشلادی. سسلی بیر مئساژ گلدی. مئساژی آچدی، گؤزله‌دییی قیزدان ایدی. «سنه بیر داها زنگ ائله‌مه دئمه‌میشدیم می؟! بیز اوْ گون هر نه‌یی دانیشدیق. بوُندان آرتیق بیرلیکده اوْلا بیلمه‌ریک، هر نه بیتدی. بیر ده زنگ ائله‌مه. همیشه‌لیک!» تئلئفونو ماسانین اوستونه قوْیدو. ایچکی‌نین سوْن قوُرتومونو ایچد...

BİTDi

Oğlan eyvana baxan pəncərənin arxasında əski bir yırğalanan oturacaqda oturmuşdu, eşikdəki qaranlıqda şəhərin yanan ışıqlarına baxırdı. Önündəki masanın üstündə kiçik bardaqda yarıyacan içki, onun yanındakı külqabıda isə yarı yanmış siqaret var idi.  Arxadakı televiziyondan Rəşid Behbudov'un səsi gəlirdi:  "Axar sular dayandı,  Qəlbim həsrətlə yandı,  Rəyin nədən dolandı?!  İlk görüşə gəlmədin!  Gəlmədin, gəlmədin,  İlk görüşə gəlmədin!"  Oğlan cibtelefonunu götürüb, kiməsə zəng etdi. Telefonu qulağında saxladı. Siqareti götürüb bir qullab vurdu, tüstünü tavana sarı pilədi. Bir az dözdü, açan olmadı, telefonu kəsdi.  Kiçik bardağı götürüb içkini qurtumlamağa başladı. Səsli bir mesaj gəldi. Mesajı açdı, gözlədiyi qızdan idi.  "Sənə bir daha zəng eləmə deməmişdim mi?! Biz o gün hər nəyi danışdıq. Bundan artıq birlikdə ola bilmərik, hər nə bitdi. Bir də zəng eləmə. Həmişəlik!"  Telefonu masanın üstünə qoydu. İçkinin son qurtumunu içdi,...