BİTDi
Oğlan eyvana baxan pəncərənin arxasında əski bir yırğalanan oturacaqda oturmuşdu, eşikdəki qaranlıqda şəhərin yanan ışıqlarına baxırdı. Önündəki masanın üstündə kiçik bardaqda yarıyacan içki, onun yanındakı külqabıda isə yarı yanmış siqaret var idi.
Arxadakı televiziyondan Rəşid Behbudov'un səsi gəlirdi:
"Axar sular dayandı,
Qəlbim həsrətlə yandı,
Rəyin nədən dolandı?!
İlk görüşə gəlmədin!
Gəlmədin, gəlmədin,
İlk görüşə gəlmədin!"
Oğlan cibtelefonunu götürüb, kiməsə zəng etdi. Telefonu qulağında saxladı. Siqareti götürüb bir qullab vurdu, tüstünü tavana sarı pilədi. Bir az dözdü, açan olmadı, telefonu kəsdi.
Kiçik bardağı götürüb içkini qurtumlamağa başladı. Səsli bir mesaj gəldi. Mesajı açdı, gözlədiyi qızdan idi.
"Sənə bir daha zəng eləmə deməmişdim mi?! Biz o gün hər nəyi danışdıq. Bundan artıq birlikdə ola bilmərik, hər nə bitdi. Bir də zəng eləmə. Həmişəlik!"
Telefonu masanın üstünə qoydu. İçkinin son qurtumunu içdi, siqareti ard-arda iki yol somurub, onu külqabıda söndürdü.
Yanan şam əriyib dibinə çatmışdı, alovu titrəyib söndü.
Oğlan başını oturacağın arxasına söykəyib, gözlərini tavana zilləyib, yırğalana-yırğalana Rəşid Behbudov'un getdikcə alçalan səsinə qulaq asdı:
"Gəlmədin, gəlmədin,
İlk görüşə gəlmədin!
Gəlmədin, gəlmədin,
Gəlmədin yar, gəlmədin!
Gəlmədin,..."
Mahnı susdu.
Oğlan, "hər nə birdən bitdi: o, içki, siqaret, şam, mahnı!" dedi.
Bir gülüş atıb otaqdan çıxdı.
Comments
Post a Comment