GƏL SƏNƏ...

 

Gəl sənə bir mahnı oxuyum,

Qar-boranın içində, gülüm.

Sonra bir daha unut məni

Yenə ayın üçündə, gülüm.

 

Mən çox çevik unudulanam,

Görüşə gəlməkdən çəkinmə.

Təkcə bir mahnılıq görüşək,

İstəməsən, danışma, dinmə.

 

Məni geçmişdə qoyub sovuş,

Səsimisə küləyə tapşır.

Bir gün mahnı yadıva düşsə,

Ayın üçündə gəl burda dur! 

Comments

Popular posts from this blog

تانیش یاد

اوْلوم‌لا اؤلوم آراسی