ÇƏKMƏSİLƏN
"Çox gözəl! Sağ ol."
"Dəyməz. Gecikdiniz?"
"Necə?!"
"Saata baxırsınız!"
"Yox. Nədən bu sorğunu soruşdun?!"
"Müştərilərimin çoxu işin sonunda
saata baxar. Mən də elə bu sualı soruşaram onlardan!"
"Maraqlıdır!"
"Bəziləri tələsərlər, bəziləri isə
siz verən cavabı verərlər!"
"Demək çəkməsilənlikdə adam tanıyan
da olubsan?!"
"Heh, heh, bir az!"
"Burda ayaqqabı boyamaqla bir şey
qazana bilirsən?!"
"Pis deyil. Əlbəttə bura özünə görə
özəl bir yerdir."
"Necə yani?!"
"Bu park var ha, sevgililərin,
yoldaşların görüş yeridir. Burda çox oğlan-qız görüşər."
"Yaxşı..."
"O yarımçıq binanı görürsünüz?"
"Görürəm!!"
"Oranın qabağı toz-torpaqdır. O
taydan parka gələnlərin ayaqqabıları tey toz-torpağa bələnir."
"Yaxşı..."
"Bir xanımın görüşünə gələn kişinin
üstü-başı təmiz olsa, bəyənilmə şansı da çoxalır. Elə bu ehtimal yolundan biz də
burda çörək qazanırıq..."
"Hah, hah, hah! Parlaq bir fikir!"
"Hə, yoldaş."
"Yaxşı. Umaram sənin bu işin mənim
payıma düşən ehtimalı da çoxaldar! Hələlik, çəkməsilən yoldaş!"
"Gülə-gülə! Bol şanslar!"
Comments
Post a Comment