ÇİÇƏKÇİ
Gənc oğlan çiçəkçidən
aldığı çiçək səbədinin pulunu ödədi.
"Çiçəkçilik çox gözəl
işdir!"
Çiçəkçi kişi pulu alıb siyirtməyə
qoydu.
"Elədir, mən işimi
çox sevirəm."
"Necə oldu çiçəkçi
oldunuz?!"
"Heç, elə belə!"
"Elə belə, nə demək?!"
"Mənim bir sevgilim
var idi..."
"Yaxşı..."
"Hər dönə onun
görüşünə gedəndə, parkdan gül oğurlayıb aparardım!"
"Hah, hah..."
"Bir il boyunca hər
həftə bu işi görürdüm."
"Sonra..."
"Bir gün parkın bu
başından bir neçə qızılgül dərib, sevgilimin görüşünə getdim. Parkın o başında görüşdük. Çiçəkləri qıza sarı
uzadanda, birdən qabarlı, qara bir əl biləyimi qarmaladı!"
"Kim idi?!"
"Park
qorucularından biri idi! Yaxamdan yapışdı! Dedim niyə belə eləyirsən, dedi neçə
aydır parkdakı çiçək oğrusunu axtarıram, sonunda bugün səni yaxalaya
bildim."
"Sonra nə
oldu?!"
"Heç, bir yandan sevgilimin
yanında abırsız oldum, küsüb getdi, bir yandan da park qorucusu məni parkdakı
polisə verdi."
"Əcəb iş
olub!"
"Hə, hələ macəra
bunula da bitmədi. Polis məni məhkəməyə verdi, orda mənə cəza kəsdilər."
"Cəza mı?!"
"Bəli, bir aylıq,
həftədə üç gün parkdakı çiçəkçi kişiyə köməkçi olmağıma qərar verdilər!"
"Maraqlı cəzaymış!"
"Elədir. Bir ay
boyunca həftədə üç gün ikindi çağı parka getdim, çiçəklərə baxan kişiyə kömək etdim. Yavaş-yavaş
çiçək işi xoşuma gəldi. Cəzam qurtardıqdan sonra yenə də ora getdim. Çiçəkçiliyin
sirlərini öyrəndim. Beləliklə çiçəkçi olmağa, tükan açmağa qərar verdim!"
"Nə gözəl! Sonra
sevgilinizə bol-bol çiçək verdiniz."
"Yox, o küsüb
getdi, bir daha gəlmədi, ancaq mən çiçəksatan oldum!"
Comments
Post a Comment