Çörək

Çörəkxananın qabağındakı zibilqabını axtaran saçları qarışıq, cındır paltar geyinmiş kişi məni görcək dikəldi.

“Mənə də bir çörək al!" deyib yalvarışlı gözlərlə mənə baxdı.
Onu saymadım, çörəkxanaya girdim.
Eşiyə çıxanda yenə kişini gördüm, zibilqabıdan atılmış yemək artığı tapmışdı, ağzını marçıldada-marçıldada yeyirdi. Utandım, əlimdəki çörəyi ona verdim, mənə baxıb gülümsündü, çörəyi alıb yanındakı torpaya qoydu.
"Sən də ye," deyib əli ilə yeməyi mənə göstərdi.
Cavab vermədim. Kişi yenidən yeməyə başladı.
Çörək almaq üçün çörəkxanaya qayıtdım. Çıxanda kişini görmədim.

Comments

Popular posts from this blog

تانیش یاد

اوْلوم‌لا اؤلوم آراسی