ŞALVAR
Dünən uşaqlıq illərində geydiyim şalvarlardan birini anbardakı köhnə paltarların içində gördüm, on beş il öncəyə qayıtdım. Böyük qardaşımın şalvarı idi, artıq onun əyninə gəlmirdi, bükülüb şkafda qalmışdı. Məndən öncə qardaşım onu neçə il geymişdi, qardaşım məndən 3 yaş böyük idi. Onun paltarlarının yarısından çoxunu mən də geyərdim. Ancaq atam ildə bir dəfə mənə bir parça yeni paltar alardı.
O şalvarı geyməyə başladığım günü yaxşı xatırlayıram. Məktəblərin açılmasına on gün qalmışdı. Birinci sinifə gedəcəkdim.
Rəhmətlik atam əlində şalvar mənim yanıma gəldi.
"Bax, gül kimi şalvardır, qardaşın səliqəlidir, şalvarı yaxşı saxlayıb," deyib mənə baxdı.
Qaşqabağımı salladım, heç nə demədim.
"Bax, oğlum, sənə bayramda təzə paltar alacağam, bunu bir neçə aylıq gey,” deyə məni ovutmağa çalışdı, sonra da başımı oxşadı.
O şalvarı bir il geydim, sonra əynimə dar gəldi, daha geyə bilmədim. İkinci sinifə gedəndə atam mənə çətinliklə yeni ucuz bir şalvar aldı. Atam fəhləydi.
Comments
Post a Comment