AYRILIQDAN SONRAKI A Y R I L I Q
"Sevgilindir?"
"Sevgilim idi!"
"Necə?!"
"Əski sevgilim."
"Nədən əski?!"
"İllər öncə ayrıldıq, hər nə
bitib."
"Bir az öncə görüşdünüz, hər nə
yenidən başlayacaq!"
"Yox! Bu imkansız!"
"Bunca ildən sonra
görüşdünüzsə, birbirinizi unutmadınızsa, demək, arada nəsə var."
"Heç nə yoxdur. O ayrılıq hər
şeyi vurub dağıtdı."
"Yenə olacaq!"
"Olmaz, biz yalnız yoldaşıq.
Yəni, yoldaş olduğumuzu bugün anladıq."
"Necə?!"
"Bugün görüşəndə ürəyimiz
döyünmədi, həyəcanlandıq, ancaq o da uzun illərdən sonra görüşməkdən gələn
normal həyəcan idi."
"Elə hər nə sadə həyəcandan
başlar."
"Yox, bu həyəcanın mahiyəti
fərqliydi. Mən hər iki həyəcanı da yaşamışam, onu da bunu da. Qabaqkı həyəcan
adamın canına yavaş-yavaş işləyirdi, bu isə birdən gəlib söndü."
"Nədən qabaqkı həyəycanı
yaşamadın?!"
"Məncə belə bir vəziyət
ayrılığı büsbütün yaşadığımızdan irəli gəlir."
"Bu nə deməkdir?!"
"Uzun ayrılıqda zaman var
gücüylə öz ağalığını göstərir."
"Başa düşmədim!"
"Uzun ayrılıqda zaman istədiyi
kimi insanlarla davranır. Yəni, geçmiş duyğuları, insanları unutdura biləcəyi
qədər unutdurur, zehniyətləri dəyişdirir."
"Maraqlıdır!"
"Ayrılıq, zamanla məkanın
birləşərək yaratdığı bir olğudur. Bir yanda ayrılanlar var, o biri yanda isə
zaman-məkanla yaraqlanmış ayrılıq."
"Bunları indiyəcən heç
düşünməmişdim!"
"Ayrılığın ilk günlərində
ayların, illərində insanın duyğuları, zehniyəti dirənir, ancaq sonra görüşmə
olmayınca duyğular da, zehiyət də təslim olmağa başlayır. Bir müddətdən sonra,
artıq, duyğular keyiyir."
"Sonra nə olur?!"
"Duğyular keyiyəndən sonra
adamın zehiyəti də dəyişilir. Artıq, adam o ayrıldığı yox, yeni bir insan olur.
Bir ayrılığa yenik düşün insan sonrakı ayrılıqları saymaz olur, artıq,
yenilmir. Demək, ayrılığa qarşı aşılanır!"
"Sonuc nə olur?!"
"Uzun ayrılıq görmüş əski
sevgililər yenidən görüşüb dostlaşanda, artıq, yeni ayrılıqlardan
təsirlənmirlər, onların yoldaşlığı zaman-məkandan eşiyə çıxır, ayrılığı
silahsizlaşdırır! Yəni uzun müddət öncə ayrılanlar ayrılıqdan bir təhər
öclərini almış olurlar!.."
Comments
Post a Comment